Minneapolis şəhər şurasi polis idarəsini ləğvetmə qərarı alıb

“Biz dinləməyi bacarmalıyıq, xüsusən də qara liderlərimizi, polis işləməyən rəngli cəmiyyətlərimizi dinləməli və həll yollarının cəmiyyətimizdə tapılmasına icazə verməliyik”,- o deyib.

Source: Foto: google.az


“Biz dinləməyi bacarmalıyıq, xüsusən də qara liderlərimizi…”

ABŞ-da Minneapolis Şəhər Şurasının doqquz üzvü bazar günü Corc Floydun öldürülməsindən sonra şəhərin polis idarəsini ləğv edəcəkələrini bəyan edib, – CNN xəbər verir.

“Biz Minneapolis şəhərində polis qurumunu ləğv etməyə və icmamızla birlikdə yeni bir ictimai təhlükəsizlik modeli qurmağa qərar verdik”, – şura prezidenti Lisa Bender CNN-ə deyib.

Bender bildirib ki, qərar şəhər şurasının 13 üzvlük səsverməsində doqquz səs ilə qəbul edilb.

Bender həmçinin deyib ki, bu qərar onun göstərir ki, hazırkı sistem işləmir.

“Biz dinləməyi bacarmalıyıq, xüsusən də qara liderlərimizi, polis işləməyən rəngli cəmiyyətlərimizi dinləməli və həll yollarının cəmiyyətimizdə tapılmasına icazə verməliyik”,- o deyib.

Ləğv edilmənin nə anlama gəldiyini soruşan CNN-ə Bender deyib ki, o, polisin maliyyələşməsini cəmiyyəti düşünən strategiyalara yönəltməyi düşünür və əlavə edib ki, şəhər şurası polis idarəsini nə ilə əvəz edəcəyini müzakirə edəcək.

“Polis idarəsinin olmaması fikri, əlbəttə ki, qısa müddətdə mümkün olmayacaq”,- o əlavə edib.

Bender və digər şəhər şurası üzvləri seçicilərin 911 çağırışının xarakterini təhlil etdiklərini deyib və zənglərin çoxunun zehni sağlamlıq xidmətləri, sağlamlıq və yanğın xidmətləri üçün edildiyini deyib.

Doqquz şəhər şurası üzvü açıqlamanı Minneapolisdə etiraz zamanı səsləndirib.

ABŞ-da Floydun ölümü və polis vəhşiliyinə qarşı ümumxalq etirazlarında polis idarələrinin ləğvi açıq şəkildə tələb edilirdi.

Şəhər şurasının qərarı etirazların 13-cü günündə baş verib.

Ana səhifəDünyaMinneapolis şəhər şurasi polis idarəsini ləğvetmə qərarı alıb