Mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına yüksəlib

Mənbə: Mini-Futbol Federasiyası

Azərbaycan yığması yarımfinal matçında Qazaxıstanla qarşılaşıb

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində təşkil olunmuş Avropa çempionatında bu gün növbəti oyununu keçirib.

Azərbaycan yığması yarımfinal matçında Qazaxıstanla qarşılaşıb. Beş qolun qeydə alındığı oyundan 3:2 hesablı qələbə ilə ayrılan Azərbaycan millisi Avropa çempionatının finalına yüksəlib.

Azərbaycan yığması final görüşündə Bolqarıstan – Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

Ana səhifəXəbərlərMini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına yüksəlib