Avqustun 22-də Mingəçevirdə polis bölməsində intihar etdiyi deyilən Bəhruz Hacıyevin yaxınları aksiya keçirib. Aksiyaya yerli sakinlər də qoşulub. Təxminən 500 nəfərin iştirak etdiyi aksiya poılis tərıfindən dağıdılıb. Rəsmi məlumata görə, aksiya zamanı 4 polis yaralanıb, 1 polis maşını yararsız hala salınıb və 21 nəfər həbs edilib. Həbs edilənlərin Gəncə şəhərinə aparıldığı bildirilir. Bunu Meydan TV-yə tutulanların ailə üzvləri deyib.
Hadisənin təkrarlanacağından ehtiyatlanan DİN Mingəçevir şəhərinə texnika gətirib. Texnikanın içərisində aksiyanı dağıtmaq üçün istifadə olunan suvuran maşınlar da var.
Yayımlandı: 22 Avqust 2015 21:43