Mingəçevirdə məcburi köçkünlər icra hakimiyyəti qarşısında aksiya keçirdi

İcra başçısı etiraz aksiyası keçirildiyini görəndən sonra gizlicə binanı tərk edib

Source:


İcra başçısı etiraz aksiyası keçirildiyini görəndən sonra gizlicə binanı tərk edib

Sentyabrın 21-də Mingəçevirdə 100-dək  məcburi köçkün növbəti etiraz aksiyası keçirib. Əsasən Kəlbəcərdən və Ağdamdan olan məcburi köçkünlər ev tələbi ilə şəhər icra hakimiyyətinin qarşısına toplaşıblar.

Onlar internat məktəbində, məktəbin yataqxanasında, tərəvəzçilik sovxozundakı qəzalı binada yaşadıqlarına etiraz ediblər.

Moderator.az-ın xəbərinə görə, binanın qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi də var.  Sakinlər sayta söyləyiblər ki, yaşadıqları bina hər an uça, böyük faciə baş verə bilər.

Buna baxmayaraq hər dəfə qaçqın və köçkünlər üçün şəhərciklər salınanda, mənzil paylanarkən adları siyahıdan kənarda qalır.

Sakinlər düzgün bölgü aparılmamasının əsas günahkarı kimi icra başçısının birinci müavini İlham İsmayılov və ərazi idarəetmə orqanları iş şöbəsinin müdiri Rəsul Paşayevi suçlayıblar.

Aksiyada baş verən maraqlı məqamlardan biri isə budur ki, icra başçısı etiraz aksiyası keçirənlərin qarşısına çıxmayıb. Sakinlərin dediyinə görə, o, etiraz aksiyası keçirildiyini görəndən sonra gizlicə binanı tərk edib.

Hadisə yerinə polis qüvvələri cəld olunub. Onlar əlləri dəyənəkli halda vəziyyətə nəzarət etməyə çalışırlar.

Avropa Oyunlarında idmançıların və qonaqların yerləşdirilməsi məqsədilə 9 mərtəbli 11 bina tikilib. Binaların oyunlardan sonra məcburi köçkünlərə veriləcəyi bəyan edilib.   Amma vədə əməl edilməyib.

Ana səhifəXəbərlərMingəçevirdə məcburi köçkünlər icra hakimiyyəti qarşısında aksiya keçirdi