Aksiyada həbs olunanlardan bir neçəsinin kimliyi bəlli olub. Bunlar şəhər sakinləri Qismət Vəliyev, İbrahim İlyasov, Nəsir Hüseynov, İlkin adlı şəxsdir. Digərlərinin kimliyi araşdırılır. Həbs olunanların qohumları da aksiyaya dəstək verməyə hazırlaşırlar.
***
Polislə əhali arasında toqquşma var, səs bombasından istifadə olunur
Avqustun 22-də Mingəçevir şəhərində polis bölməsində intihar etdiyi deyilən Bəhruz Hacıyev dəfn edilib. Dəfndən sonra mərhumun yaxınları Mingəçevir şəhər Polis Bölməsinin qarşısında aksiya ediblər. Meydan TV əməkdaşının verdiyi məlumata görə, mərhumun atası Dilsuz Hacıyev aksiyanın qarşısını almağa çalşsa da, mümkün olmayıb. Gənclər şəhərin mərkəzinə toplaşıblar. Təxminən 500 nəfərə yaxın şəxs bölmənin qarşısına gəlib. Səs bombası ilə silahlanan polislərlə aksiyaçılar arasında toqquşma olub. 15 nəfərə yaxın şəxsin həbs olunduğu bildirilir. Çevik Polis Alayı şəhərin mərkəzini əhatəyə alıb.
Bəhruz Hacıyevin ailəsindən Meydan TV-yə verilən məlumata görə, indi kəndin qadınları həbs olunan gəncləri azad etdirmək üçün aksiyaya dəstək verəcəklər. Onlar hazırda polis bölməsinin qarşısına getmək üçün toplaşıblar.