Mingəçevirdə 3 azyaşlı uşaq zəhərlənib

”Onlar yemək yedikdən sonra zəhərləniblər”

Source:


”Onlar yemək yedikdən sonra zəhərləniblər”

Mingəçevirdə üç nəfər azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Repot”un Şirvan bürosunun məlumatına görə, onlardan ikisi Xocalı, biri isə Goranboy rayon sakinidir.

Onlar Azərbaycan İstilik Elektrik Stansiyası yaxınlığında yerləşən “vaqon şəhərciyi”ndə yaşayırlar. Uşaqlardan ikisi 2003 və 2005-ci il təvəllüdlü Qəmbər və Fərid Bəhruz oğlu Məmmədovlar qardaşdı, digər zərərçəkmiş isə onlara qonaq gəlmiş dayısı oğlu – 2013-cü il təvəllüdlü Raul Novruz oğlu Hüseynovdur. Azyaşlıların yemək yedikdən sonra zəhərləndikləri bildirilir.

Təcili şəhər xəstəxanasına çatdırılan uşaqlar ilkin tibbi yardımdan sonra Uşaq Reanimasiya şöbəsinə yerləşdiriliblər. R.Hüseynov bir müddətdən sonra evə buraxılsa da, iki qardaşın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Doğmalarının dediyinə görə, azyaşlılar balıq konservi yeyiblər və zəhərlənmə də elə bundan sonra baş verib.

Ana səhifəXəbərlərMingəçevirdə 3 azyaşlı uşaq zəhərlənib