Hadisə yeri

Mənbə: Meydan.TV

Başlıq: Hadisə yeri

Mingəçevir sakini Bakıda özünü qumbara ilə partladıb (yenilənib)

Məqalə yeniləndi:  27 İyul 2021

18.40. "Müseyib Ələsgərov idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Həmin vaxt onun üzərində olan qumbara partlamış və o ölüb".

Bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov qaçarkən saxlanılıb:

"Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.".

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanıldığı qeyd olunub.

***

Museyib Ələsgərovun axtarışda olduğu deyilir

İyulun 27-də, axşam saatlarında Səbail rayonu ərazisindəki “Maşın bazarı”nın yaxınlığında bir nəfər şəxsin özünü qumbara ilə partlatdığı deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə faktı təsdiqləyiblər. Həmin şəxs 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Museyib Ələsgərovdur.

Onun axtarışda olduğu deyilir. Hadisə zamanı 3 polis əməkdaşının da xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pnffwl

Ən çox baxılan