İradə Cavadova: ”Komissiyanın rəyində konkretlik yoxdur”
Prezident İlham Əliyevin sərəncamı sentyabrın 4-də ilə Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən kənarlaşdırıldı.
Elə həmin gün də Prezident tərəfindən yaradılan Dövlət Komissiyasının rəyi açıqlandı.
Rəydə bildirlib ki, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə hadisənin başvermə səbəblərini araşdıraraq obyektiv rəy hazırlanması və gələcəkdə belə halların təkrarlanmaması üçün təkliflərin verilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair çox ciddi tapşırıqlar verilib:
“Rəydə qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Ölkə başçısı nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib”.
İyulun 4-də Prezident yanında keçirilən müşavirədə Baş prokuror Zakir Qaralov bildirmişdi ki, Azərbaycan İES-də generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub:
“Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb. Qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb”.
Z.Qaralov bildirmişdi ki, halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər.
“2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmayıb və təmir işləri aparılmayıb”.
Daha sonra o, qeyd edib ki, son 3 ildə Fövqəladə Hallar Nazirliyi həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq
tələbnamədə tələb edib ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb.
“Ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmayıb. Dəfələrlə hər il bu məsələ qaldırılır ki, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarıb”.
Zakir Qaralov bildirib ki, yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Facebook” səhifəsində yazıb ki, Mingəçevir qəzasında əhaliyə və iqtisadiyyata 276 milyon dollar (469,2 mln. manat) ziyan dəyib.
İlham Şaban Meydan TV-yə deyib ki, komissiya beynəlxalq metodologiya əsasında hesablama aparıb. Hesablama ona əsaslanır ki, elektrik enerjisi neçə saat dayandırılıb. Baxın, elektrik enerjisi axşam saatlarında, insanların işdən qayıtdığı zaman dayandırılıb, nə qədər insan metro tunellərində qalıb. Gün ərzində 600 min insan metrodan istifadə edir, 18.30-da işığın sönməsi nəticəsində metro fəaliyyətini dayandırıb və minlərlə insan mənəvi stress keçirib, 17 nəfər xəstəxanalara müraciət edib. İkinci, Azərbaycan iqtisadiyyatında sənayenin payı kiçik olduğundan ziyan 12 dollar civarında götürülüb. Həmin vaxt 2 mindən çox quyu hasilatını dayandırıb. Nəzərə alın ki, hasilatı bərpa etmək üçün bir neçə gün tələb olunur. O cümlədən, ən böyük ziyan Heydər Əliyev adına Neft Emalı Zavoduna dəyib. Çünki enerjinin dayanması səbəbindən zavodda 800 dərəcə temperaturda olan qurğular dayanıb və nəticədə maye kristal hala düşüb. Bunun bərpası bir həftədən çox vaxt aparır. Bunlar böyük ziyandır. Əlbəttə, bütün bunları ölkənin enerji təhlükəsizliyi imicinə vurulan ziyanla əvəzləmək mümkün deyil.
İlham Şaban deyir ki, bir nəfərin cəzalndırılması, yaxud həbs edilməsi ilə nələrisə dəyişmək mümkün deyil. Prezident ona görə dedi ki, bu sahədə köklü islahatlara ehtiyac var, islahatlar institusional şəkildə olmalıdır. Ki, bundan sonra lokal qəza enerji sektorunun çökməsi ilə nəticələnməsin.
Kimlərin məsuliyyətə cəlb olunmasına gəlincə, mərkəz rəhbəri hesab edir ki, Baş Prokurorluq araşdırma aparmalı və məhkəmə sistemi də qərar çıxartmalıdır. Azad məhkəmə sistemi olmalıdır ki, ədalətli qərar çıxartsın.
Bəs bu ziyana görə məsuliyyəti kimlər daşıyır.
Hüquqşünas İradə Cavadova Cinayət Məcəlləsinə istinad edərək bildirib ki, qeyd olunan ziyana görə bir çox maddələrlə cinayət işi açıla bilər.
Onun sözlərinə görə, sadəcə, komissiyanın rəyində konkretlik yoxdur, yəni kimlər, hansı vəzifəli şəxslərin birbaşa məsuliyyət daşıması haqda heç nə yoxdur. Yaxud həmin məbləğin yeyinti ilə bağlı olub-olmaması artıq cinayət məsuliyyətinə gətirir:
“Demək istəyirəm ki, bu qəzanın baş verməsində mənimsəmə və korrupsiya, özbaşınalıq halları da ola bilər. Məsələn, vəzifə səlahiyyətlərindən sui-istifadə, bu, korrupsiya cinayətlərinə aidir, 308-ci maddə. Yaxud vəzifə səlahiyyətlərini aşma, səlahiyyətləri mənimsəmə var, səhlənkarlıq, 314-cü maddə. Problem ondadır ki, bunların hansının həmin ziyana səbəb olduğunu bilmirik”.
O, deyib ki, vəzifə səlahiyyətlərini aşmaya görə 3 ildən 7 ilə qədər azadlıqdan məhdum etmə cəzası, yaxud 3 il müəyyəın vəzifəni tutmaq hüququndan məhrum etməni tələb edir.
“308-ci maddə isə 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Təbii ki, bu məsələ ciddi araşdırılmalıdır, çünki Dövlət Komissiyası sadəcə, zərəri müəyyən edib. Ancaq zərərin kim təırəfindən vurulub, hansı hadisələrin nəticəsi olaraq həmin zərər vurulub? Birbaşa Etibar Pirverdiyevin, yoxsa başqa məmurların fəaliyyəti və ya bunlar hamısı bir-biri ilə bağlı olub? Tutalım Mingəçevir “Azərbaycan İstilik Elektrik Stansiyası”na hər il büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənib-xərclənməməsi məsələsi var, keyfiyyət hansı səviyyədə olub, ümumiyyətlə, təmin işləri aparılıb?! Başqa vacib bir məqam, alınan avadanlıqların keyfiyyəti necə olunub, yoxsa bunun əsasında pul sililib, bunlar hamısı araşdırılmalıdır, kompleks iş görülməlidir”.
İradə Cavadova deyib ki, Respublika Prokurorluğu əhatəli araşdırma aparacaqsa, bir çox insanlar cinayət məsuliyyətinə cəlb oluna bilər.
Prezident
İlham Əliyevi
n sərəncamı ilə sentyabrın 4-də Etibar Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamları ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
İyulun 2-də Mingəçevir “Azərbaycan İstilik Elektrik Stansiyasında” baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı. İyulun 3-də bu hadisə təkrarən baş verdi.
Prezidentin yanında bununla bağlı keçirilən xüsusi müşavirədə İlham Əliyev Etibar Pirverdiyevi baş verənlərə görə tənqid edərək, ona utanmalı olduğunu bildirib.