Mənbə: Meydan tv

Mingəçevir İES-də daha bir nəfərin öldüyü deyilir

Məqalə yeniləndi:  15 Sentyabr 2019

Mingəçevir İstilik Elektrik Stansiyasında yenə ölüm faktı qeydə alınıb. Stansiya əməkdaşlarının Meydan TV-yə verdiyi məlumata görə, sentyabrın 14-də Mehman Mustafayev adlı mütəxəssis yüksəklikdən yerə düşərək həyatını itirib. Hadisəyə səbəb kimi M.Mustafayevin ayağının altındakı dəmirin qırılması göstərilir.

Şahidlərin sözlərinə görə, 47 yaşlı M.Mustafayev əslən Neftçala rayonundandır. Onun “SFV GROUP” MMC-nin işçisi olduğu bildirilir.

MMC havalandırma sistemlərinin quraşdırılması ilə məşğuldur. Meydan TV əməkdaşı şirkətdən hadisə ilə bağlı sorğusuna cavab ala bilməyib. Rəsmi qurumlar da hər hansı açıqlama yaymayıblar. Amma Mingəçevir Şəhər Xəstəxanasından adının açıqlanmasını istəməyən mənbə hadisəni təsdiqləyib.

Bu, son bir ayda ikinci hadisədir. Avqustda Mingəçevir şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub.

Ondan əvvəl, bu il fevralın 19-da isə İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb, xəstəxanaya götürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s6ee54

Ən çox baxılan