Mingəçevir hadisələrində həbs edilən Nəsir Hüseynov azadlığa çıxıb

”O, həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb”

Source:


”O, həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb”

2015-ci ildə Mingəçevir hadisələrinə görə həbs olunan və adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilən Nəsir Hüseynov avqustun 22-də azadlığa çıxıb.

Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi Samir Kazımlı məlumat verib. Bildirib ki, Nəsir Hüseynovun avqustun 22-də həbs müddəti bitib və azadlığa buraxılıb.

Nəsir Hüseynov 2015-ci ildə Mingəçevir olaylarına görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2015-ci ildə Mingəçevir şəhərində polis şöbəsində müəmmalı ölüm hadisəsinə etiraz aksiyası keçirilmişdi. Prokurorluq baş verənləri iğtişaş kimi qiymətləndirib və mitinqdə iştiraka görə 22 nəfər saxlamışdı. Onlardan 16 nəfərinə 10-12 sutkalıq həbs cəzası verilmişdi. Qalanları isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdi.

Hazırda Mingəçevir hadisələrinə görə 4-6 il müddətinə azadlıqdan məhrum edilmiş 3 nəfər, İlkin Abdullayev, İlqar Xəlilov, Dilqəm Mahmudzadə cəza çəkirlər.

Ana səhifəXəbərlərMingəçevir hadisələrində həbs edilən Nəsir Hüseynov azadlığa çıxıb