Milyarderin sözçüsü: “Fərhad Əhmədovun yalnız şəxsi evində axtarış aparılıb”

Fərhad Əhmədov. Foto: “haqqın.az”

Müşviq Əlizahid milyarderin saxlanılmasını təkzib edib

“Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi yoxdur”.

Bunu “Turan”a milyarderin mətbuat katibi Müşfiq Əlizahid Fərhad Əhmədovun villasında və müəssisələrində axtarış aparılması və hətta onun saxlanılması haqqında yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, yalnız milyarderin Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

Əlizahid bildirib ki, axtarış zamanı heç nə müsadirə olunmayıb.

“Görünür, hansısa bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb”, – deyə Əlizahid bildirib.

Mətbuat katibi deyib ki, Əhmədovun saxlanılması haqqında məlumat həqiqətuyğun deyil: “O, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir”.

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

Əhmədov Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda ABŞ hökumətinin və Aİ-nin sanksiyalarına məruz qalıb.

Ana səhifəSiyasətMilyarderin sözçüsü: “Fərhad Əhmədovun yalnız şəxsi evində axtarış aparılıb”