Milli Şuraya mitinq üçün Lökbatanda yer verildi

Əli Kərimli: “Lökbatan mitinq yeri ola bilməz”

Source: Meydan TV


Əli Kərimli: “Lökbatan mitinq yeri ola bilməz”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-a planlaşdırdığı mitinqlə bağlı müraciətini cavablandırıb.

İcra hakimiyyəti bu dəfə də Lökbatan qəsəbəsində aksiyaya icazə verdiyini qeyd edib:

“Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib”.

Müraciətdə Milli Şura mitinqin metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısında parkda keçirəcəyini bildirmişdi.

Şəhər rəhbərliyi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə istinad edərək bildirib ki, metropolitenin mühafizə zonalarında dinc toplantılarının keçirilməsi qadağan edilir:

“Sizin təklif etdiyiniz sayda insanın metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktuba əsasən, sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq”.

AXCP sədri Əli Kərimli oktyabrın 19-da aksiyanın keçiriləcəyini bildirib.

Bu barədə Əli Kərimli “Facebook” səhifəsində yazıb.

Əli Kərimli bildirib ki, 19 oktyabr mitinqi keçiriləcək.

“Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər iİcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola

bilməz

. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər iİcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15:00-da 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız Konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!”

Bundan əvvəl, sentyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyəti Demokratik qüvvələrin Milli Şurasınnın mitinq keçirməklə bağlı müraciətinə cavab məktubunda Lökbatan qəsəbəsini göstörmişdi.

Bakı Şəhər Baş Polis İdarəsi oktyabrın 15-də icazə verilməyən yerdə aksiyanın keçirilməsinə imkan verilməyəcəyini bəyan edib.

Oktyabrın 8-də Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının pozulmasına etiraz olaraq piket

keçirib.

Ana səhifəXəbərlərMilli Şuraya mitinq üçün Lökbatanda yer verildi