Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

İlham Hüseyn: ”Bu, hökumətin özünüifşasıdır”

Source:
Milli Şura
Milli Şura
Milli Şura
Milli Şura


İlham Hüseyn: ”Bu, hökumətin özünüifşasıdır”

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-də mitinq keçirmək müraciətinə rədd cavabı verib.

Bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat yayıb.

O bildirib ki, icra hakimiyyəti aksiyanı mayın 26-da keçirməyi məqsədəuyğun hesab edir:

“Cümhuriyyətin 100 illiyi ilə bağlı mitinqə razılıq verməmək hökumətin özünüifşasıdır. Milli Şura da mayın 26-da mitinq keçirməkdən imtina edir və mayın 28-də Novxanıda bayram mitinqi keçirməyə qərar verib”.

Ana səhifəXəbərlərMilli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi