Milli Şuranın rəhbəri ABŞ səfirliyində görüş keçirib

”Söhbətin mövzusu Konstitusiyaya dəyişikliklər üzrə referendum ərəfəsində Azərbaycanda vəziyyət, ”dini ekstremizə qarşı mübarizə” adı altında müxalifətə və vətəndaş cəmiyyətinə qarşı yeni repressiya dalğası olub”

Source:


”Söhbətin mövzusu Konstitusiyaya dəyişikliklər üzrə referendum ərəfəsində Azərbaycanda vəziyyət, ”dini ekstremizə qarşı mübarizə” adı altında müxalifətə və vətəndaş cəmiyyətinə qarşı yeni repressiya dalğası olub”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli ABŞ səfirliyində siyasi müşavirlər Vilyam Solli və Süzan Çelsi ilə görüşüb.

C.Həsənli ”Turan”-a bildirib ki, söhbətin mövzusu Konstitusiyaya dəyişikliklər üzrə referendum ərəfəsində Azərbaycanda vəziyyət, “dini ekstremizə qarşı mübarizə” adı altında müxalifətə və vətəndaş cəmiyyətinə qarşı yeni repressiya dalğası olub.

Qeyd edilib ki, sentyabrın 26-da referenduma çıxarılacaq dəyişikliklər əsasən antikonstitusion xarakter daşıyır. Onlar avtoritarizmin gücləndirilməsinə və faktiki olaraq monarxiya sisteminin yaradılmasına yönəlib.

C.Həsənli Dövlət Departamentinin nümayəndəsinin bəyanatını alqışlayıb. Bəyanatda yeni repressiya dalğası tənqid olunur və Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər üzrə Avropa Şurası Venesiya Komissiyasının rəyinin alınmasının vacibliyi əksini tapır.

Həmçinin qeyd olunub ki, nəzərdə tutulan dəyişikliklər ictimai müzakirələrə çıxarılmayıb, halbuki, ölkə qanunvericiliyinə görə, bu, olmalıdır. Bütün bunlar ondan xəbər verir ki, qarşıdakı referendum antikonstitusion xarakter daşıyır.

Nardaran hadisələri ətrafında vəziyyətin müzakirəsi zamanı Mili Şuranın rəhbəri deyib ki, bu qəsəbədə böhranlı vəziyyət hakimiyyətin, ilk növbədə DİN-in düşünülməmiş və təxribat hərəkətlərinin nəticəsidir.

“Bütün bunlarda məqsəd elə təəssürat yaratmaqdır ki, guya söhbət dini radikallar tərəfindən hakimiyyətin zorla ələ keçirilməsi cəhdindən gedir”, – MŞ sədri vurğulayıb.

Lakin bu yaxınlarda başlanan məhkəmə aydın şəkildə göstərdi ki, dinc dindarlara qarşı əsassız polis zorakılığı baş verib. “Speznaz” qüvvələri qəsəbəyə hücum edəndə və atışma zamanı özlərinin iki əməkdaşını güllələyiblər və bunda dindarları ittiham ediblər.

Bundan əlavə, istintaq zamanı dindarlara işgəncə veriblər, onlardan etirafedici ifadələr alıblar.

“Polis dindar Taleh Bağırzadəyə işğəncə verib, guya hakimiyyətin ələ keçirilməsi cəhdinin arxasında Milli Şuranın, əsasən AXCP lideri Əli Kərimlinin durması barədə ifadə almağa cəhd göstəriblər”, – C.Həsənli bildirib.

Hazırda hakimiyyət yeni dini kartdan istifadə edərək AXCP liderini gözdən salmağa çalışır, onunla din xadimi Fətullah Gülənin tərəfdarları arasında mövcud olmayan əlaqələri axtarır.

“Bu mövzuda söhbət yumor atmosferində keçib”, – C.Həsənli qeyd edib.

“Hakimiyyət istəyir ki, qarşıdakı referendum tamamilə səssiz, hər hansı etirazsız keçsin. Bu mənada onlar qərara alıblar ki, ən yaxşı yol Əli Kərimlinin ətrafını və Konstitusiyaya mürtəce dəyişikliklərin əleyhdarlarının hamısını kənarlaşdırmaqdır.

AXCP liderinin köməkçisi Faiq Əmirovun həbsi, “Azadlıq” qəzetinə təzyiqlər də bununla izah edilir.

F.Əmirovun həbsi sırf siyasi xarakter daşıyır və heç bir əsası yoxdur. Bu insanın, ümumiyyətlə, hər hansı dinə aidiyyatı yoxdur, hələ Gülənçiləri demirəm.

Ancaq hər zaman olduğu kimi hakimiyyət, ilk növbədə hüquq-mühafizə orqanlarının rəhbərliyi öz səriştəsizliyini və savadsızlığını ortaya qoydu. Azərbaycan baş prokurorunun əmisi redaktə etdiyi dini kitabın istintaq tərəfindən F.Əmirovun Gülənçilərlə əlaqələrinə sübut kimi təqdim etməsini ancaq bununla izah etmək olar”, – C.Həsənli vurğulayıb.

Ana səhifəXəbərlərMilli Şuranın rəhbəri ABŞ səfirliyində görüş keçirib