BŞİH aksiyanın noyabrın 10-da deyil, 9-da keçirilməsini istəyir
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mitinqinin vaxtı ilə bağlı dəyişiklik edib. İcra Hakimiyyəti mitinqin noyabrın 10-da keçirilməsinə icazə versə də, noyabrın 7-də vaxtın dəyişməsi barədə Milli Şura üzvlərinə məlumat verib.
AXCP sədrinin köməkçisi Faiq Əmirovun Meydan TV-yə verdiyi məlumata görə, onlara dünən İcra Hakimiyyətindın zəng edib icazə verildiyini söyləyiblər: “Amma bu gün səhər aksiyanın 9-da keçirilməsinə icazə verildiyini bildiriblər. Bizim səhlənkarlığımız o olub ki, icazə haqqında sənədi İcra Hakimiyyətindən götürməmişik”.
O, növbəti qərarın necə olacağı barədə suala belə cavab verib: “Yəqin ki, Milli Şuranın Koordinasiya Şurası məsələni müzakirə edib, növbəti qərar qəbul edəcək”