Noyabrın 9-da Milli Şura “Azad et” şüarı ilə mitinq keçirib. Mitinqdə siyasi məhbusların azadlığı tələb olunub. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış Məhsul Stadionunda baş tutdu.
Polislər jurnalistlərin çəkiliş aparması üçün ayrıca hissə ayırsa da mitinq təşkilatçıları buna etiraz etdilər. Nəticədə mübahisə yarandı, amma polislər geri çəkilməyə məcbur oldular. Onlar quraşdırdıqları dəmir hasarları jurnalistlərin qarşısından çəkdilər.
Yayımlandı: 10 Noyabr 2014 00:24