Milli Şuranın mitinqi baş tutdu

“Hakimiyyət hər addımı ilə xalqın dərdinə yabançı olduğunu sübut edir”

Source:


“Hakimiyyət hər addımı ilə xalqın dərdinə yabançı olduğunu sübut edir”

Aprelin 5-də Demokratik Qüvvələrin Milli Şurası “Məhsul” meydanında ölkədə bahalaşmaya, inhisarçılığa, korrupsiyaya etiraz olaraq mitinq keçirib. Meydan TV-in əməkdaşları aksiyanın insdentsiz başa çatdığını bildiriblər.

Milli Şuranın üzvü Oqtay Gülalıyev çıxışında bildirdi ki, hakimiyyət heç bir günahı olmayan insanları şərləyib həbsə atıb.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, xalq hakimiyyətin yürütdüyü hazırkı siyasətə etiraz etməlidir. “Bütün məhrumiyyətlərə, əzablara sinə gələrərk bu rejimə qarşı apardığımız mübarizə sonda uğurla bitəcək”.

Hazırda Azərbaycan cəmiyyətinin problemlər məngənəsində olduğunu deyən İ.Hüseynli vurğuladı ki, ölkənin elmi təhsili tənənzül edir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına gənclərərə aksiyaya xüsusi çoşqu gətirdiklərinə görə təşəkkür etməklə başladı.  “Elman Rüstəmov açıqlamasında bildirdi ki, Azərbaycan manatıdeyil neft devalvasiyaya uğrayıb. Devalvasiyaya uğrayan manat, neft yox Azərbaycan iqtisadiyyatıdır. Çünki bu iqqtisadiyyat sadəcə kağız üzərindədir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ziyalı Eldəniz Quliyev bildirib ki, hakimiyyət ziyalılarımızı, jurnalistlərimizi həbs etdi: “İndi də cibimizə girirlər. Hazırda bu oğru hakimiyyət xalqın sərvətini oğurlayır. Hələ tarixdə görünməyib ki, hakimiyyət öz xalqına nifrətlə qalib gəlsin”.

AXCP sədri Əli Kərimli söylədi ki, hakimiyyət hər addımı ilə xalqın dərdinə yabançı olduğunu sübut edir: “Azərbaycanda hazırda pulsuzluq üzündən xəstəliklərini müalicə edə bilməyən, əməliyyata gedə bilməyən minlərlə xəstə var. Amma buna baxmayaraq artıq inidən Respublika Sarayının qarşısı bağlanaraq 10 maya hazırlıq görürlər. Bizə belə hökumət lazımdırmı?. Tərtərdən olan Qarabağ qazisi İlham Əliyevə müraciət edib deyiir ki, sizin siyasətiniz məni ölüm həddinə çatdırıb. Qazilər, şəhid ailələri onlara düşən pulları ala bilmir. Amma hakimiyyət xalqın var-dövlətini Avropa klublarına peş-kəç edir. Belə hakimiyyət bizə lazımdırmı. Xalqın 8 milyardı xərclənəndən sonra məlum oldu ki, bir neçə ay sonra keçiriləcək yarışma sadəcə olara Avropa Oyunlarıdır.İlk Olimpiya Oyunları isə Berlin və Qlazqo şəhərlərində keçiriləcək”.

Ana səhifəXəbərlərMilli Şuranın mitinqi baş tutdu