Təşkilat aksiyanı təxirə salıb
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 22-də keçirəcəyi aksiyayla bağlı müraciətinə müsbət cavab verib.
Bu barədə Meydan TV-yə AXCP-nin Gənclər Təşkilatının sədri İlham Hüseyn məlumat verib.
İ,Hüseyn bildirib ki, onlar 9 apreldə keçiriləcək mitinq üçün müraciət edəndə, həm də aprelin 22-nə, şənbə gününə aksiya təyin ediblər:
“Hər ehtimala qarşı düşünmüşdük ki, icazə verməzlər, ona görə aprelin 22-si üçün də aksiya nəzərdə tutmuşduq. İcra hakimiyyətinə müraciətdə bu tarix də salınmışdı. Məsələ ondadır ki, 8 aprel mitinqinə icazə veriləndə, artıq 22 aprel mitinqini keçirmək fikrində deyildik. Başqa vaxtı keçirməyi qərarı aldıq. İcra hakimiyyəstinin rəsmisi Zaur Ramazanov aprelin 19-da mənə zəng etdi ki, 22 apreldə nəzərdə tutduğunuz mitinqə icazə verilib. Cavab verdim ki, keçirməyəcəyik. Yəqin ki, başqa bir vaxt növbəti müraciət edəcəyik”.