“
M
ü
raci
ə
t ed
ə
nl
ə
rin q
ə
bulunu Koordinasiya M
ə
rk
ə
zi m
ü
zakir
ə
edir v
ə
sessiyaya t
ö
vsiy
ə
edir. Kim q
ə
bula etiraz edirs
ə
, bu onun
ö
z i
ş
idir. Bu adamlar
ın
Milli
Ş
uran
ı
n i
ş
in
ə
xeyri olacaq”.
Bu sözləri Milli Şuranın rəhbəri Cəmil Həsənli quruma yeni üzvlərin təqdim edilməsi zamanı yaranan etirazlara münasibətində bildirib.
Bu gün Milli Şuranın növbəti iclası olub. İclasda hüquq müdafiəçisi Leyla Yunusun polis tərəfindən saxlanılması məsələsi ilə yanaşı quruma yeni üzvlərin qəbul edilməsi də gündəliyə çıxarılıb. Lakin Cəmil Həsənlinin həmin şəxslər barəsində məlumat verməsindən sonra iclasda etirazlar başlayıb və KXCP sədri Mirmahmud Mirəlioğlu təmsil etdiyi partiyasının qurumdan çıxdığını bildirib. O bunun səbəbini yeni namizədlərin cəlb olunması ilə əlaqələndrib.
AXCP sədri Ə. Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm”, -deyən, Əli Kərimli əlavə edib ki, KXCP-nin MŞ-dan çıxmasının səbəbi budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər. “KXCP-nin Milli Şuradan getməyini istəmirik”, deyə, o əlavə edib.
C. Həsənli qeyd edib ki, quruma yeni üzvlərin qəbulu Koordinasiya Mərkəzində müzakirə olunub və hər şey razılaşdırılıb.
Yeni üzvlərin məsələsi gündəlikdən çıxarıldıqdan sonra KXCP Ali Məclisinin sədri Bəybala Əbil partiyasının Milli Şurada qaldığını bildirib və qeyd edib ki, əgər Şura bir neçə partiyanın savaş meydanına çevriləcəksə onda oradan uzaqlaşacaq.
Jurnalist və siyasi fəal Seymur Həzi isə bildirib ki, MŞ-ya həmişə yeni üzvlər qəbul olmalıdır.