Milli Şura vahid siyasi məhbus siyahısını müdafiə edir

“Vahid siyahıya alternativ siyahıların hazırlana biləcəyi kimi ziyanlı təşəbbüslərdən çəkinin”

Source:


“Vahid siyahıya alternativ siyahıların hazırlana biləcəyi kimi ziyanlı təşəbbüslərdən çəkinin”

Demokratik Qüvvələrin Milli Şurası son həbslərlə bağlı müraciət yayıb. Müraciətdə həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun birgə hazırladığı, hazırda 29 nəfər hüquq müdafiəçisi, vəkil və QHT təmsilçisinin imzaladığı  siyasi məhbus siyahısına toxunularaq bildirilir ki, Milli Şura açıqlanan vahid siyasi məhbus siyahısını müdafiə edir.

Milli Şura bütün ictimai, siyasi qüvvələrinə səslənərək bildirir ki, əgər aparılan siyasi motivli həbslərə görə hakimiyyətə haqq qazandırmırsınızsa, bu həbslərin dayandırılmasını, insan hüquq və azadlıqlarının təmin olunmasın istəyirsinizsə, artıq elan edilmiş vahid siyasi məhbus siyahısına dəstək verin.

“Milli Şura ölkənin hüquq müdafiəçilərini və bu ad altında fəaliyyət göstərən hər kəsi həmin vahid siyahıya öz imzasını qoymağa çağırır. Milli Şura ölkədə siyasi məhbus probleminin həllinə həqiqətən də maraqlı olan hər kəsdən umur ki, artıq elan edilmiş vahid siyahıya alternativ siyahıların hazırlana biləcəyi kimi ziyanlı təşəbbüslərdən çəkinsinlər. Belə mümkün təşəbbüslər yalnız ölkəmizdə insan haqlarına qənim kəsilmiş avtoritar hakimiyyətin mövqeyini gücləndirər, ona manevr imkanları yaradar və siyasi məhbusların həbsxanada qalma müddətlərini və onların sayını artırar” – deyə müraciətdə bildirilir.

Milli Şura Azərbaycan hökumətindən onları dərhal azadlığa buraxmağı tələb edir və onların azadlığına nail olmaq üçün həm daxildə, həm də beynəlxalq səviyyədə bütün qanunu fəaliyyət imkanlarını səfərbər edəcək. Bu həbslərin əsas məqsədi xalqı qorxu altında saxlamaq, vətəndaş cəmiyyəti institutlarını və müxalif mövqeli  siyasi qüvvələri ölkənin həyatından sıxışdırıb çıxarmaqdır. Milli Şura bu çirkin niyyətin baş tutmaması üçün əlindən gələni edəcəyini bəyan edir.

Ana səhifəXəbərlərMilli Şura vahid siyasi məhbus siyahısını müdafiə edir