Milli Şura ümumxalq mitinqi keçirməyə qərar verdi

“Oğurlanmış” pulların geri qaytarılması tələb olunacaq

Source:

Milli Şura mitinq keçirməyə qərar verib. Təşkilat sentyabrın 23-də, saat 15:00-da “Məhsul” stadionunda mitinq edəcək. Bu barədə AXCP sədri Əli Kərimli yaydığı videomüraciətində məlumat verib. Onun sözlərinə görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

AXCP sədri deyib ki, mitinq OCCRP-nin araşdırılmaları ilə üzə çıxan 3 milyardlıq yeyinti faktı ilə bağlıdır. Aksiyada xalqın oğurlanmış pullarının geri qaytarılması tələb olunacaq:

“Korrupsionerlərin, oğruların məsuliyyət daşımasını tələb edəcəyik. Bəri başdan izahat vermək istəyirəm ki, dəfələrlə bazar gününə mitinq təyin etmişik, vaxtını 3 gün qalmış dəyişiblər. Əllərinə bəhanə verməmək üçün mitinqin vaxtını şənbə gününə təyin etmişik. İzahat vermək istəyirəm ki, biz şəhərin mərkəzində, “Tarqovı”-da mitinqlər təşkil etmişik. Bizim bu təcrübəmiz var. Sonuncu dəfə cəbhəçilər razılaşdırılmamış aksiyanı 1 ay öncə Ədliyyə Nazirliyinin qarşısında keçirib. Biz şüurlu şəkildə, razılaşdırılmış aksiya keçirmək istəyirik ki, burada bütün xalq iştirak etsin. Bu mitinq ümumxalq mitinqi olsun”.

Ana səhifəXəbərlərMilli Şura ümumxalq mitinqi keçirməyə qərar verdi