Milli Şura 15 martda ölkədə manatın devalvasiyasına qərar verilməsi və bunun ardınca başlanan qiymət artımına etiraz olaraq “Talana son” adlı mitinq keçirib. Mitinq zamanı siyasi məhbuslara da azadlıq tələb olunub. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.