Milli Şura seçkilərin nəticələrini tanımadı

“Bu seçkilərlə Əliyevlər rejimi ölkədə seçki institutunu tamamilə məhv etdi”

Source:


“Bu seçkilərlə Əliyevlər rejimi ölkədə seçki institutunu tamamilə məhv etdi”

“Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyi bəlli idi və Milli Şura bu barədə dəfələrlə xəbərdar etmişdi. Ölkədəki repressiv mühit seçki dövründə də olduğu kimi saxlanıldı. Avtoritar idarəçiliyin bütün gücü ilə davam etdiyi bir şəraitdə azad seçkilər keçirməyin mümkünlüyündən söhbət gedə bilməzdi. Bundan başqa, seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi”.

Bu fikirlər Demokratik Qüvvələrin Milli Şurasının Meydan tv-yə daxil olan bəyanatında yer alıb.

Milli Şura 1 noyabr parlament seçkilərini ölkə tarixində ən rüsvayçı seçki hesab edib: “Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyi bəlli idi və Milli Şura bu barədə dəfələrlə xəbərdar etmişdi. Ölkədəki repressiv mühit seçki dövründə də olduğu kimi saxlanıldı. Avtoritar idarəçiliyin bütün gücü ilə davam etdiyi bir şəraitdə azad seçkilər keçirməyin mümkünlüyündən söhbət gedə bilməzdi. Bundan başqa, seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi. Bu halda Milli Şura seçkiləri boykot etmək qərarı verdi. Hakimiyyətin tutduğu mürtəce mövqe beynəlxalq birliyin də bu seçkilərə münasibətdə indiyədək görünməmiş sərt mövqe sərgilədi. Yerləşdiyimiz Avropa məkanında seçkilərə qiymət verən yeganə qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu uyğun şərait yaradılmadığı üçün bu seçkilərin müşahidəsini aparmaqdan imtina qərarı verməklə, faktiki onu boykot etdi. Avropa Birliyinin Parlamenti də bu seçkilərin saxtalaşdırılacağı əvvəlcədən qəbul edərək, onu boykot etdi və Avropa strukturlarını Bakıya müşahidəçi göndərməməyə çağırdı. Bu, Azərbaycan tarixində beynəlxalq səviyyədə boykot olunan ilk seçkidir”.

Milli Şura yüzlərlə müstəqil namizədin də eyni addım atması ilə qeydə alınmış namizədlərin 40 faizdən artığı (500 nəfərdən çox) seçkidə iştirakdan imtina etdi. Hakimiyyətə əsas alternativ qüvvənin əvvəldən seçkilərə qatılmadığı nəzərə alınsa, bu, yetərincə böyük rəqəmdir. Hakimiyyət seçkiyə faktiki rəqibsiz getməsinə baxmayaraq, yenə də seçki kampaniyasına imkan yaratmadı, namizədlərə efir vaxtı ayrılmadı, hətta imitativ rəqabət mühiti belə təmin olunmadı: “Mübaliğəsiz deyə bilərik ki, seçicilərin böyük hissəsinin ölkədə seçki keçirildiyindən ümumiyyətlə xəbəri olmadı. Bunun da nəticəsi özünü seçki günündə aşkar göstərdi – xalq seçkini boykot etdi. Milli Şuranın müşahidələrinə görə, bu seçkilərdə seçici fəallığı təqribən 10 faizin ətrafında oldu. Hökumət əvvəlcədən yaratdığı “karusel” qrupları hesabına seçkidə iştirak faizini süni şəkildə yüksəltməyə çalışdı. Bu seçkilərlə Əliyevlər rejimi ölkədə seçki institutunu tamamilə məhv etdi”.

Milli Şura bəyan edir ki, bu, hakimiyyətin açıq-aşkar qəsb edilməsidir. 20 ildən artıqdır ölkədə hökmranlıq edən Əliyevlər rejimi növbəti dəfə xalqın hakimiyyətini zorakı yollarla onun əlindən alıb. Milli Şura bu seçki ilə formalaşacaq parlamentin xalqın iradəsini ifadə etmədiyini və legitim olmadığını bəyan edir.

Ana səhifəXəbərlərMilli Şura seçkilərin nəticələrini tanımadı