Milli Şura Leyla Yunusu ad günü münasibətilə təbrik edib

“Biz onun ən qısa zamanda azad edilməsi üçün əlimizdən gələni edəcəyik”

Source:


“Biz onun ən qısa zamanda azad edilməsi üçün əlimizdən gələni edəcəyik”

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının Koordinasiya Şurası Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa 21 dekabr ad günü münasibətilə təbrik göndərib.

DQMŞ ona sağlamlıq və ruh möhkəmliyi arzulayıb.

“Biz onun ən qısa zamanda azad edilməsi üçün əlimizdən gələni edəcəyik və əminik ki, Azərbaycanda və dünyada bütün xoşməramlı insanların onun azad edilməsi üçün göstərdiyi səylər yaxın gələcəkdə uğurla nəticələnəcək”,- deyə DQMŞ sədri Cəmil Həsənli bildirib.

DQMŞ keçən iclasında Azərbaycanda azad vətəndaş cəmiyyəti qurulmasında və insan hüquqlarının müdafiəsində Leyla Yunusun xidmətlərini yüksək qiymətləndirib.

Leyla Yunus bu il iyulun 30-da, həyat yoldaşı Arif Yunusov isə avqustun 5-də bir sıra maddələr, o cümlədən “Vətənə xəyanət” ittihamı ilə saxlanılıb. Müxalifət və beynəlxalq demokratik ictimaiyyət həbsləri siyasi motivli hesab edir və onların azad edilməsini tələb edir.

Ana səhifəXəbərlərMilli Şura Leyla Yunusu ad günü münasibətilə təbrik edib