Milli Şura: Hakimiyyət monarxiyanı qanuniləşdirmək istəyir

“Milli Şura bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir ”

Source:

“Milli Şura bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir ”

“Konstitusiyaya nəzərdə tutulan dəyişiklik müddəaları toplu halda ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklərin qəbulu Azərbaycanda, artıq, xeyli vaxtdır faktiki tətbiq edilən monarxiya quruluşunun qanuniləşməsi demək olardı”.

Bu fikirlər Demokratik Qüvvələrin Milli Şurasının

Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında “Referendum Aktı” layihəsini pisləyən bəyanatında yer alıb.

Milli Şura bəyan edir ki, prezident İlham Əliyev öz ailəsinin əbədi hakimiyyətini təmin etməkdən ötrü dövlət quruluşunu faktiki konstitusiyalı monarxiyaya dəyişmək niyyətindədir:

“Azərbaycan hakimiyyəti beynəlxalq hüquqi öhdəliklər götürüb. Monarxiyanı qanuniləşdirmək istəyi həmin öhdəliklərə zidd və onların pozulmasıdır. Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvü kimi mütərəqqi dünyada qəbul edilmiş universal demokratik dəyərlərə sədaqət və onları inkişaf etdirmək öhdəliyinə malikdir. Milli Şura bütövlükdə Qərb dünyasından Əliyevlər ailəsinin Azərbaycanı orta əsr çağlarına doğru dartıb monarxiyalaşdırmasına etiraz etmələrini gözləyir ”.

Digər  müxalifət qüvvələri də Konstitusiyaya dəyişiklik təklifinin əleyhinə olduqlarını ifadə ediblər.

Ana səhifəXəbərlərMilli Şura: Hakimiyyət monarxiyanı qanuniləşdirmək istəyir