Milli Şura: Hakimiyyət 2018-ci il seçkilərini saxtalaşdırmağa hazırlaşır

“1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qalması son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir”

Source:


“1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qalması son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir”

Milli Şura 1 noyabr parlament seçkilərinin nəticələrini tanımayacaq, çünki bu seçkilər əhalinin iradəsini ifadə etmir. Bu barədə qurumun bəyanatında deyilir.

Bəyanat müəllifləri hesab edirlər ki, parlament seçkiləri kimi mühüm siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir. Buna səbəb isə seçki şəraitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılması parlament seçkilərinə olan marağın sıfıra enməsidir.

Milli Şura hesab edir ki, teledebatlardan imtina 2018-ci il prezident seçkilərinə presedent yaratmaq cəhdidir.

Milli Şura həmçinin son illərdə siyasi partiya təmsilçiləri, ictimai hərəkat fəalları, insan haqları müdafiəçiləri, araşdırmaçı jurnalistlərin kütləvi həbslərə toxunaraq bu həbslərin vətəndaş cəmiyyətinin deyil, ilk növbədə seçki ideyasının çökdürülməsinə hesablandığını bildirib.

Bəyanatda ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun 1 noyabr seçkilərinə gəlişinə icazə verilmədiyi xatırladılıb.

Sənəddə 1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qaldığı qeyd olunub.

“Bu, son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir. Milli Şuranın boykot qərarının doğruluğu öz təsdiqini tapdı”, – sənəddə bildirilib.

Ana səhifəXəbərlərMilli Şura: Hakimiyyət 2018-ci il seçkilərini saxtalaşdırmağa hazırlaşır