Milli Şura: Dustağın qətli rejimin kriminallaşmasının göstəricisidir

“22 dekabr hadisəsindən sonra “kars”a salınan, “Tubzon”a göndərilərək gizlədilən məhbusların bu əlavə cəzalardan azad edilməsini, onların öz ailə üzvləri ilə görüşməsinə şərait yaradılmasını tələb edirik”

Source:


“22 dekabr hadisəsindən sonra “kars”a salınan, “Tubzon”a göndərilərək gizlədilən məhbusların bu əlavə cəzalardan azad edilməsini, onların öz ailə üzvləri ilə görüşməsinə şərait yaradılmasını tələb edirik”

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 14 saylı həbsxanada davam gərginliyi pisləyən bəyanat yayıb.

Sənəddə keçən il dekabrın 22-də bu həbsxanada məhkum Elşad Babayevin işgəncə ilə qətlə yetirilməsindən sonra gərginliyin hələ də davam etməsinə diqqət çəkilir. Dustaqların bu qətlə etirazlarına cavab olaraq həbsxanaya qoşun yeridilməsi, yüzlərlə məhbusun işgəncəyə məruz qalması qeyd edilir. Bir çox  dustaqlar “kars”a salınıb, bir çoxları “tubzon” adlı zonada saxlanılır, məhbuslara yaxınları ilə görüş verilmir. Sənəddə dustaqların bu əraziyə işgəncələri ört-basdır etmək məqsədilə aparıldığı deyilir.

Sənəddə məhkum E.Babayevin Penitensiar Xidmətin əməkdaşları tərəfindən qətlə yetirilməsi adi hadisə kimi yox, Əliyev rejiminin ölkə vətəndaşına münasibətinin göstəricisi, ölkədəki rejimin kriminallaşması kimi dəyərləndirilir.

Milli Şura həbs yerlərində məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasını, məhbuslara qarşı qanun çərçivəsində münasibət göstərilməsini, Elşad Babayevi qətlə yetirmiş, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar Xidmət əməkdaşları haqqında ciddi ölçü götürülməsini, eyni zamanda 22 dekabr hadisəsindən sonra “kars”a salınan, “Tubzon”a göndərilərək gizlədilən məhbusların bu əlavə cəzalardan azad edilməsini, onların öz ailə üzvləri ilə görüşməsinə şərait yaradılmasını tələb edir.

Ana səhifəXəbərlərMilli Şura: Dustağın qətli rejimin kriminallaşmasının göstəricisidir