Milli Şura Bakı İcra Hakimiyyətinə müraciət etdi

Source:

Martın 17-də Demokratik Qüvvələrin Milli Şurası aprelin 5-də “Məhsul” idman meydançasında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Meydan TV-yə məlumatı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib.

Fuad Qəhrəmanlı bildirib ki, şəhər icra hakimiyyəti mitinqə son 3 iş günü qalmış cavab verməlidir, qanunvericilik belə tələb edir.

AXCP funksioneri aksiyanın şüarlarının 15 martda keçirilən mitinqin şüarlarından fərqlənmədiyini dedi.

Ana səhifəXəbərlərMilli Şura Bakı İcra Hakimiyyətinə müraciət etdi