Milli Şura AŞPA həmməruzəçiləri ilə görüşdən imtina etdi

Cəmil Həsənli: “Milli Şura həmməruzəçilərin geri çağırılması barədə Avropa Şurası rəhbərliyinə müraciət edib”

Source:


Cəmil Həsənli: “


Milli Şura həmməruzəçilərin geri çağırılması barədə Avropa Şurası rəhbərliyinə müraciət edib



Milli Şura Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşdən imtina edib.

Bu barədə

APA

-ya məlumat verən Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, həmməruzəçilərlə görüşü məqsədə uyğun hesab etmirlər.

Onun sözlərinə görə, Milli Şura həmməruzəçilərin geri çağırılması barədə Avropa Şurası rəhbərliyinə müraciət edib: “Biz əvvəlcədən də bildirmişik ki, onlarla görüşmək məqsədimiz yoxdur. Çünki onlar Azərbaycandakı real vəziyyəti görmək istəmirlər”.

C. Həsənli mayın 11-12 də Azərbaycanda səfərdə olan Fransa prezidenti Fransua Ollandın hüquq müdafiəçiləri və siyasətçilərlə görüşünə dəvət olunmamasına da münasibət bildirib: “Görüşə çağırılmamağımın səbəbini Fransa səfirliyindən soruşun. Bu, mənim üçün maraqlı deyil”.

Ana səhifəXəbərlərMilli Şura AŞPA həmməruzəçiləri ilə görüşdən imtina etdi