Milli Strateji Düşüncə Mərkəzi G-20 sammiti ilə bağlı bəyanat yaydı

Nümayəndə heyətinə dünya birliyinin magistral inkişaf xəttinə uyğun mövqe sərgiləməklə ölkənin maraqlarının təmin olunmasına səy göstərmək çağırırıq

Source:


Nümayəndə heyətinə dünya birliyinin magistral inkişaf xəttinə uyğun mövqe sərgiləməklə ölkənin maraqlarının təmin olunmasına səy göstərmək çağırırıq

12 noyabrda Milli Strateji Düşüncə Mərkəzi (MSDM) noyabrın 15-də Türkiyənin Antalya şəhərində işə başlayacaq G-20 sammitilə bağlı Müsavat Partiyasının ofisində “dəyirmi masa” keçirib.

Müzakirələrin nəticəsi olaraq “dəyirmi masa”da bu məsələ ilə bağlı bəyanat qəbul edilib.

Sammitdə dünyadakı mövcud ictimai-siyasi və iqtisadi-sosial durumun, terror təhülkəsi və qaçqın probleminin dünya iderlərinin diqqət mərkəzində olacağını bildirirlər.

Ev sahibi olaraq Türkiyənin Azərbaycanı G-20 sammitinə dəvət etməsini Azərbaycan tərəfin yüksək qiymətləndirməli olması xüsusi vurğulanır. Tədbirə qatılacaq rəsmi Bakı təmsilçilərinə sammitdə iştirakı prestij məsələsinə çevirməmək, bu imkandan maksimum faydalanmaq çağırışı edirlər. Azərbaycanın Qarabağ, terror təhlükəsinin artması, neftin dəyərdən düşməsi, Avropaya qaz nəqli layihələrinə ciddi maneələrin olması kimi problemləri, beyənlxalq birliyin siyasi və maliyyə dəstəyi olmadan həllinin mümkün olmadığı xatırladılır.

Nümayəndə heyətinə dünya birliyinin magistral inkişaf xəttinə uyğun mövqe sərgiləməklə ölkənin maraqlarının təmin olunmasına səy göstərmək çağırışı edilir, amma bunun çox da asan olmayacağı vurğulanır. Səbəb kimi isə Azərbaycan problemlərinin dünya liderləri və beynəlxalq qurumların prioritetləri sırasına daxil olmaması göstərilir.

Rəsmi Bakının rəsmi siyasətinin ölkəni dünyadan təcrid etdiyi, insan haqları, seçki və demokratiya prinsiplərinin pozulmasında “önə çıxması”, beynəlxalq birliyin tövsiyələrinə laqeydliyi ölkəyə regional güclərin tələb və təhdidlərinin artmasına səbəb olması xüsusi qeyd edilir.

Bütün bunlara son qoyulması, kifayət qədər vaxt itirildiyi və bir gün belə itirmədən təcili addımların atılması, bu addımların kosmetik və müvəqqəti manevr xarakterli yox, prinsipial və ardıcıl olması tələb edilir.

G-20 toplantısına qədər və toplantının gedişində rəsmi Bakının bütün siyasi məhbusları azad etməsi, yaxın müddətdə yeni parlament seçkiləri keçirəcəyini bəyan etməsi, ölkədə siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi kimi addımların atılması tələb edilir. Bununla yanaşı Avropa İttifaqına, NATO, Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı müraciət etməsi, Ukrayna və Suriya kimi məsələlərə birməınalı mövqe bildirməsi tələb edilir. Bununla yanaşı ölkənin təcridini dayandırmaq və problemlərin Azərbaycanın maraqlarına uyğun həlli üçün Türkiyə ilə strateji müttəfiqliyin dərinləşdirilməsi tələb edilir.

Ana səhifəXəbərlərMilli Strateji Düşüncə Mərkəzi G-20 sammiti ilə bağlı bəyanat yaydı