Bu dəfə Bakı sakinlərinə “Milli-mənəvi dəyər nədir” sualı ilə müraciət etdik. Cavablardan bəzilərini təqdim edirik:
– Cavan uşaqlar gəlirlər, baxmırlar ki qoca kişi oturub, dalaşırlar, zarafatlaşırlar, qışqırırlar. Narahat edirlər ki, mən çıxım gedim.
– Milli-mənəvi dəyər yoxdur, qurtarıb artıq. O barədə heç danışmağa dəyməz. Televizorda evlənirlər, milli-mənəvi dəyər qalar?
– O daxili aləmdir, ailə tərbiyəsidir, böyüyə olan hörmət, məhəbbət, ehtiramdır. Milli dəyərlərimizi qorusaq, deməli gələcəyimiz var.
– Evimizi mentalitet yıxıb. O boş şeydir. İnsan öz bildiyi kimi yaşamalıdır.