Deputatın cənazəsi ”Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
Deputat Astan Şahverdiyev aprelin 15-də səhər saatlarında Qusar rayonunda ürək tutmasından vəfat edib.
Deputatın cənazəsi “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
1947-ci ildə doğulan Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən mandat qazanmışdı.
Astan Şahverdiyev Azərbaycan ictimaiyyətinin yadında Rusiyaya qazanc arxasınca gedən azərbaycanlıları “otxod”
adlandırması
ilə qalıb.
O, 2016-cı ilin 22 dekabrında Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin işıqlarının tez-tez kəsilməsinə etiraz əlaməti olaraq aksiya keçirmələrinə sərt münasibət bildirmişdi. Bu açıqlamadan sonra Milli Məclisin
İntizam Komissiyası
nda onun məsələsi müzakirəyə çıxarılmışdı.