Milli Məclisin sədr müavini dedi: “Get döy, pulunu al” (VİDEO)



 Sakinlər nəğd ödəniş etməklə aldıqları evlərə 9 ildir köçə bilmirlər

2006-ci ildən “Yeni Yasamal” MTK tərəfindən tikilən bina indiyə kimi sakinlərə təhvil verilməyib. Sakinlər deyir ki, evləri müqavilə ilə nəğd ödəniş etməklə alıblar. Binanın sədri Cahangir Alışov dəfələrlə  vəd versə də, sakinlər 9 ildir evlərinə köçə bilməyiblər

“Nə vaxta kimi camaat evsiz qala bilər?  Bura nəğd pul vermişik. Cahangir Alışov deyir ki, kimə istəyərəm ona da sataram. Satsın görüm necə satır”.-deyə bina sakini danışır.

Bina sakini –  “İki ev satıb buranı almışam.5 ildir ki, kirayədə yaşayıram. Məndən də betər vəziyyətdə 250 ailə var”.

Cahangir Alışovun vəkili binanın qısa zamanda təhvil veriləcəyini bildirir.

Sakinlər  bildirir ki, evlərinə zəng edərək, 31 may toplantıları ilə bağlı xəbərdarlıq da ediblər. 9 ildir kirayələrdə qalan sakinlər evləri təhvil verilənə qədər burada toplaşacaqlarını bildirirlər.

Ana səhifəVideoMilli Məclisin sədr müavini dedi: “Get döy, pulunu al” (VİDEO)