Milli Məclisə 50 milyon 919 min 10 manat ayrılıb

Foto: Milli Məclis

Büdcədən ayrılan vəsait əməkhaqqı və aparat xərclərinə görə nəzərdə tutulub

Gələn ilin dövlət büdcəsindən Milli Məclisə 50 milyon 919 min 10 manat ayrılıb.

Bu, “Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Milli Məclisin işlər müdiri Firudin Hacıyev bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək.

Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək.

Firudin Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.

Ana səhifəXəbərlərMilli Məclisə 50 milyon 919 min 10 manat ayrılıb