Milli Məclisdə kazinoların bərpası təklif olundu

Mərc oyunlarından əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət Gənclər və İdman Nazirliyində qaldı

Source:


Mərc oyunlarından əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət Gənclər və İdman Nazirliyində qaldı

Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında Azərbaycanın turist bölgələrində kazinoların bərpası təklifi ilə çıxış edib.Moderator.az-ın məlumatına görə, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun müzakirəsi zamanı səsləndirilən fikir deputat Səyavuş Novruzov tərəfindən də dəstəklənib.

Q.Həsənquliyev təklifini ölkəyə əlavə turustlərin cəlb olunması perspektivi ilə əsaslandırıb: “Gürcüstan Batumidə kazinoların fəaliyyətinə imkan verməklə bura xeyli sayda xarici turist cəlb edir. Biz də turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verməklə qonşu ölkələrdən xeyli turist cəlb edə bilərik. Bu işlə məşğul olan xüsusi turist təşkilatları var və bu turizm şirkətləri vasitəsilə ölkəyə turistləri cəlb edə bilərik”.

Q. Həsənquliyev onu da təklif edib ki, kazinoların fəaliyyətinə icazə verərkən yerli sakinlərin bu kazinolara gəlişini də qadağan etmək mümkündür: “Onsuz da azərbaycanlılar gedib xarici ölkədə kazinolarda oynayırlar və uduzurlar. Heç olmasa, bu kazinolardan gələn gəlirlər dövlət büdcəsinə köçürülər”.

S.Novruzov bildirib ki, müəyyən şəxslər qeyri-qanuni olaraq xüsusi yerlərdə belə oyunlar təşkil edir və oradan gələn gəlirlər şəxsi ciblərə axır: “Kazinoların fəaliyyətinə qanunla icazə verilsə, o zaman bu kazinolardan gələn gəlirlər büdəcəyə yönələr”.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov “Apa-Economics”ə deyib ki, mərc oyunlarından əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət Gənclər və İdman Nazirliyində qalıb. Nəzarətin bir qismi Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunub.

Ana səhifəXəbərlərMilli Məclisdə kazinoların bərpası təklif olundu