Milli Məclis üzrə əməyin ödənişi xərcləri artırılıb

Gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsait proqnozlaşdırılıb

Source:


Gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsait proqnozlaşdırılıb

Gələn il Milli Məclis üzrə əməyin ödənişi xərclərinə 16 mln. 664,8 min manat və ya ümumi xərclərin 72,2%-i həcmində vəsait yönəldilməsi nəzərdə tutulub.

“APA-Economics” xəbər verir ki, Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəy qeyd olunub ki, bu, 2016-cı ilin gözlənilən icrasından 1 mln. 979,1 min manat və ya 13,5% çoxdur və əsasən yeni komitələrin yaradılması ilə bağlı ştat vahidinin artımı ilə əlaqədar əməyin ödənişi xərclərinin artması hesabınadır.

“Azərbaycan Respublikasının Milli Məclisi üzrə proqnozlaşdırılmış xərclərin strukturunda əməyin ödənişi xərcləri üstünlük təşkil edir”, – deyə rəydə qeyd olunub.

Bununla yanaşı, aparatın saxlanılması xərclərinin tərkib hissəsi olan malların (işlərin və xidmətlərin) satın alınmasına 5 mln. 160,9 min manat və ya ümumi xərclərin 22,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 752,6 min manat və ya 17,1% 147 çox), təqaüd və sosial müavinətlərə 98,4 min manat və ya xərclərin 0,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 12,5 min manat və ya 14,6% çox), digər xərclərə 742,7 min manat və ya xərclərin 3,2%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 80,3 min manat və ya 12,1% çox) və qeyri-maliyyə aktivlərinin alınmasına 423,0 min manat və ya xərclərin 1,8%-i (2016-cı ilin təyinatı ilə müqayisədə 225,0 min manat və 34,7% az) həcmində vəsait proqnozlaşdırılıb.

Gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsait proqnozlaşdırılıb.

Ana səhifəXəbərlərMilli Məclis üzrə əməyin ödənişi xərcləri artırılıb