Milli Məclis Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verir

”Məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı hüquqa söykənən qərarlarının icrasından imtina etməkdir”

Source:
Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov


”Məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı hüquqa söykənən qərarlarının icrasından imtina etməkdir”


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi müzakirəyə çıxırılıb.

“Report”un xəbərinə görə, layihənin müəllifi Rəfael Cəbrayılov deyib ki, layihədə Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsi nəzərdə tutulub: “Azərbaycanda insan hüquq və azadlıqları prioritet məsələdir. Bəzən dövlətlərarası orqanların qərarları ikili standartlar əsasında olur, ölkəmizin maraqlarına uyğun gəlmir. Burada söhbət Azərbaycanın hansısa beynəlxalq öhdələyinin imtinasından getmir. Həmin qərarların Azərbaycanın konstitusiyasına uyğunluğundan söhbət gedir. Bir daha qeyd edirəm ki, Azərbaycan bütün beynəlxalq öhdəliklərə əməl edir. Belə bir qanun layihəsinin qəbul edilməsi digər ölkələr üçün də nümunə ola bilər”.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

Layihəni Meydan TV-yə şərh edən hüquqşünas Müzəffər Baxış hesab edir ki, bu mənfi tendensiya Azərbaycana Rusiyadan gəlir: “Bu Rusiyadan gələn bəladır və şimal ölkə bu barədə qərar qəbul edib”.

Müzəffər Baxış
Müzəffər Baxış

O, layihənin Rusiyada qəbul olunan sənəddən köçürüldüyünü və çox güman ki, Milli Məclisdə təsdiqlənəcəyini deyib.

Müzəffər Baxış bildirib ki, layihənin Konstitusiyaya uyğunluğundan söhbət gedə bilməz. Düzdür, Ana Yasanın 151-ci maddəsinə əsasən  referendum və Konstitusiya ilə qəbul edilmiş aktlar digər normativ hüquqi aktlarrdan üstün qüvvəyə malikdir. Ancaq bu məsələdə söhbət məhkəmənin qərarından gedir, məhkəmə də müəyyən araşdırmalardan sonra qərar qəbul edir. Bu baxımdan deputatın Milli Məclisə belə layihə təklif etməsini absurd hesab edirəm.

“Əgər sənəd qəbul olunsa, deməli, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən geri çəkilir. Həm də burda məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı hüquqa söykənən qərarlarının icrasından imtina etməkdir”,-deyə Müzəffər Baxış fikrini tamamlayıb.

Ana səhifəXəbərlərMilli Məclis Konstitusiya Məhkəməsinə yeni səlahiyyət verir