Milli Məclis

Mənbə: Foto: arxiv

Başlıq: Milli Məclis

Milli Məclis buraxıla bilər

YAP bununla bağlı toplantı keçirir

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də toplantısı keçirilib.

Məlumatı APA yayıb.

Bildirilib ki, partiya parlamentdə təmsil olunan üzvlərinə qanunverici orqanın buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib:

“Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib”.

Eyni zamanda, saat 14:00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların Siyasi Şuranın tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.

Azərbaycan Konstitusiyasına görə Milli Məclis aşağıdakı hallarda buraxıla bilər:

“Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, dövlət başçısı qanunverici orqanı buraxır”.

YAP Siyasi Şurasının bu barədə qərarını Meydan TV-yə şərh edən vəkil Fuad Ağayev bildirib ki, ümumiyyətlə, Konstitusiyada və qanunvericilikdə parlamentin özünü buraxması nəzərdə tutulmayıb.

Fuad Ağayev

Fuad Ağayev

Mənbə: Foto: Meydan tv

“YAP-in qərarı barədə məlumatdan belə görünür ki, faktiki MM-in özünü buraxması təklif olunur. Ola bilsin, bunu azca hüquqiləşdirmək məqsədilə parlament özünün buraxılması barədə fərman verilməsi üçün dövlət başçısına müraciət edilsin. Ona görə YAP Siyasi Şurasının mətbuat konfransını gözləyək”.

Azərbaycan Milli Məclisinə seçkilər sonuncu dəfə 2015-ci ildə keçirilib. Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasına məxsusdur.

Müstəqil Azərbaycanın tarixində ilk dəfədir Milli Məclis buraxılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/onty53

Ən çox baxılan