Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Rövşən Rzayev: Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm addımdır

Source:
foto report.az
foto report.az


Rövşən Rzayev: Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm addımdır

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir.

“Report” xəbər verir ki, Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə “Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” layihə daxil edilib.

Layihə parlamentin sentyabrın 30-da keçiriləcək toplantısında müzakirə olunacaq.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev “Report”a açıqlamasında deyib ki, Azərbaycanla Avropa Parlamenti arasında yenidən əməkdaşlığın yaranması mühüm addımdır.

O bildirib ki, parlamentlərarası əməkdaşlığın yenidən bərpa edilməsi vacibdir: “Azərbaycan ikitərəfli qaydada Avropanın bir çox dövlətləri ilə uğurlu iş aparır. Düşünürəm ki, bu istiqamətdə işlərimiz uğurla davam edəcək”.

Ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Ana səhifəXəbərlərMilli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir