“ABŞ Konqresinin təşəbbüsünü erməni lobbisinin növbəti anti-Azərbaycan kampaniyası kimi qiymətləndirmək olar.” Bu sözləri deputat Siyavuş Novruzov ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresə təklif etməsini şərh edərkən deyib.
Haqqın.az saytına danışan deputat bu qanun layihəsinin arxasında erməni lobbisinin dayandığına əmin olduğunu deyib: ” Bu qanun layihəsinin qəbul edilməsi ikitərəfli münasibətləri pisləşdirəcək və iki ölkə arasında strateji əməkdaşlığa zərər verəcək. ABŞ Birləşmiş Millətlər Təşkilatı deyil və onların hansısa dövlətə qarşı birtərəfli sanksiyalar tətbiq etmək hüququ yoxdur”.
Siyavuş Novruzov bildirib ki, Koqresə təqdim olunan qanun layihəsi 18 dekabrda Milli Məclisdə müzakirə olunacaq.