Milli Aviasiya Akademyasının səhifəsi dağıdılıb.

Bildiriblər ki, sayt akademiyanın tələbəsi tərəfindən dağıdılıb.

Source:

Meydan TV-yə bu haqda akademiyanın tələbələri məlumat veriblər. Bildiriblər ki, sayt akademiyanın tələbəsi tərəfindən dağıdılıb, ancaq həmin şəxsin adı açıqlanmayıb. Hazırda naa.du.az və naa.az saytlarında “salam necəsiniz? Hörmətli keçəlbaş və dəstəsi, bizi axtarın. Tapana printer hədiyyə edəcəyik”, – qeydləri yer alıb.

Tələbələrin deməsinə görə, qeyddə akademiyanın informasiya mərkəzinin rəhbəri hədəfə alınıb.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Milli Aviasiya Akademiyası ilə əlaqə saxlayıb. Akademiya əməkdaşı saytın dağıdılmasından xəbərsiz olduğunu bildirib:

“Bu barədə məlumatımız yoxdur. Kim tərəfindən dağıdılıb, səbəb nədir, məlumatsızıq”.

Akademiyanın rektoru ölkənin birinci xanımı Mehriban Əliyevanın əmisi Arif Paşayevdir.

Ana səhifəXəbərlərMilli Aviasiya Akademyasının səhifəsi dağıdılıb.