Millətlər Liqasında Azərbaycan yığması Malta ilə heç-heçə oynadı

Millimiz qrup qalibi olmaq üçün mübarizəni davam etdirir

Source:

Millimiz qrup qalibi olmaq üçün mübarizəni davam etdirir

Millətlər Liqasının dördüncü turunda Azərbaycan yığması Bakıda Malta millisi ilə 1:1 hesablı heç-heçə oynayıb, qrup qalibi olmaq üçün mübarizəsini davam etdirir.

İlk hissəni 0:1 hesabı ilə məğlub bitirən Azərbaycan yığması, ikinci hissədə vurulan qolun əvəzini çıxdı. Millimizin heyətində qolu Araz Abdullayev vurdu.

Dörd turdan sonra Azərbaycan yığması 6 xal toplayaraq, qrupda ikinci yerdədir.

Azərbaycanın qrupda digər rəqiblərindən Kosovo 8 xalla liderdir. Farer adalarının 4 xalı var və üçüncü, Malta 2 xalla dördüncü yerdədir.

Millətlər Liqası UEFA tərəfindən təşkil edilən turnirdir və ilk dəfə olaraq keçirilir. İndiyə qədər olan reytinqləri əsasında, Avropa ölkələrinin milli komandaları dörd diviziona bölünüblər. Hər divizionda dörd qrup var. Azərbaycan sonuncu “D” divizionunun 3-cü qrupundadır. Qaydalara əsasən, divizionlarda qrupların qalibləri sonradan yarımfinal və final vasitəsilə divizionun qalibini müəyyən edəcəklər. Hər divizionun qalibi 2020-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanacaqlar.

Avro-2020-nin dörd oyunu Bakıda Olimpiya Stadionunda keçiriləcək.

Ana səhifəXəbərlərMillətlər Liqasında Azərbaycan yığması Malta ilə heç-heçə oynadı