Millətlər Liqasının üçüncü turunda Azərbaycan yığması səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gələrək, qrupda 5 xal topladı.
Millinin heyətində qolları Riçard Almeyda 28 və 86-cı dəqiqələrdə, Dmitri Nazarov 67-ci dəqiqədə vurdular.
Üç turdan sonra Azərbaycan yığması 5 xal toplayaraq, qrupda ikinci yerdədir.
Azərbaycanın qrupda digər rəqiblərindən Kosovo 7 xalla liderdir. Farer adalarının 3 xalı var və üçüncü, Malta 1 xalla dördüncü yerdədir.
Millətlər Liqası UEFA tərəfindən təşkil edilən turnirdir və ilk dəfə olaraq keçirilir. İndiyə qədər olan reytinqləri əsasında, Avropa ölkələrinin milli komandaları dörd diviziona bölünüblər. Hər divizionda dörd qrup var. Azərbaycan sonuncu “D” divizionunun 3-cü qrupundadır. Qaydalara əsasən, divizionlarda qrupların qalibləri sonradan yarımfinal və final vasitəsilə divizionun qalibini müəyyən edəcəklər. Hər divizionun qalibi 2020-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanacaqlar.
Avro-2020-nin dörd oyunu Bakıda Olimpiya Stadionunda keçiriləcək.