”Milləti hökumətə qarşı qaldırmaq istəyirlər”

Yasamal rayonu Ümid Əkbərov küçəsinin sakinləri qaz gəlmədiyinə görə yolu bağlayıblar. Burada yaşayanlar soyuq qış günündə qazın verilməməsindən şikayətçidirlər.

“Qazımız gəlmir. Təxribat aparıb, hökumətə qarşı bizi qaldırmaq istəyirlər. İki aydır qazsız qalmışıq. Körpə uşaqlarımız var evdə”.

“Axşam nəvənin birini bir qoynumda, digərini o biri qoynumda saxlayıram. Qızdırıram ki, axşam saat 9-10 olsun, yerlərinə girib yatsınlar”.

Hadisə yerinə gələn Yasamal Rayon İcra başçısının müavini Xaliq Möhbalıyev “Azəriqaz”-la əlaqə yaradıb.

“Camaat burada toplaşıb. Gəlin, onlara cavab verin. Sakinlər deyir ki, qazın təzyiqi artmayıb”.

“Azəriqaz”ın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, hansı ərazidən müraciət daxil olursa, əməkdaşlar qaz təchizatını texnoliji rejimə uyğun tənzimləyir.

“İndi əlaqə saxladım. Yasamal rayonunda hazırda təbii qazın verilişində məhdudiyyət yoxdur”.

Çəkiliş edərkən isə sakinlər bu gün səhərdən qazlarının gəlmədiyini deyirdilər. Etirazdan sonra qazın təzyiqini bir az artdığını söylədilər. Onu da dedilər ki, həmin qaz nə evləri qızdırmağa, nə də yemək hazırlamağa yetir.

Ana səhifəVideo”Milləti hökumətə qarşı qaldırmaq istəyirlər”