Millət vəkili: Banklar camaatı aldadır

”Azərbaycanda banklar manipulyasiya edib insanları aldadır”

Source:
Əli Məsimli foto sosial şəbəkə


”Azərbaycanda banklar manipulyasiya edib insanları aldadır”

APA yazır ki, bunu sentyabrın 30-u Milli Məclisinin payız sessiyasının ilk plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu xatırladan millət vəkili dollarla ödənişi düzgün saymır: “Kimsə toyla əlaqədar mebel alıbsa, devalvasiyadan sonra niyə onun ödənişi artmalıdır? Mebelin dəyərinin manatla nəzərdə tutulmasına baxmayaraq, devalvasiyadan sonra ödənişi çoxaldırlar. Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Buna görə də əhali uzun müddət banklara borclu qalır. Və ya banklar müqavilədə ödənişlə bağlı öz xeyirlərinə müddəalar əlavə edirlər. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur. Vaxtında bu problem həll olmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.

Ana səhifəXəbərlərMillət vəkili: Banklar camaatı aldadır