Mikayıl Cabbarov: “Qeyri-rəsmi pul yığma halları qanunsuzdur”

Etibar Əliyev isə hesab edir ki, nazirlik daxili qaydalara uyğun olaraq qanunsuzluğa yol verənləri cəzalandırmalıdır

Source:


Etibar Əliyev isə hesab edir ki, nazirlik daxili qaydalara uyğun olaraq qanunsuzluğa yol verənləri cəzalandırmalıdır

“Yuxarı siniflərdə təmayülləşmə bütün məktəblərdə eyni vaxtda tətbiq edilməyəcək”.

Lent.az

-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, təmayülləşmə seçilmiş və birbaşa nazirliyin tabeliyində olan məktəblərdə tətbiq olunacaq: “Məqsəd şagirdlərin akademik göstəricilərinə və maraqlarına uyğun onların əhəmiyyətli hesab etdiyi fənlər üzrə təmayülləşə bilməsidir”.

Orta məktəblərdə Avropa Oyunları adı altında pul yığılması barədə sualı cavablandıran nazir qeyd edib ki, istənilən qeyri-rəsmi pul yığma halları qanunsuzdur: “Təhsil Nazirliyi tərəfindən istənilən müraciət diqqətlə araşdırılır. Bəzi hallarda belə məlumatlar yoxlanılmadan yayılır. Nazirliyin “qaynar xətt”inə pul yığılması halları ilə bağlı müraciət daxil olmayıb. Mətbuatda yazılana görə, son zamanlar belə hal Xaçmazın kəndlərindən birində qeydə alınıb. Bununla əlaqədar müvafiq araşdırma aparılıb”.

Nazir sonda media nümayəndələrinə və vətəndaşlara müraciət edib: “Media mənsublarına və vətəndaşlara üz tutaraq demək istəyirəm ki, onlar üzərlərinə düşən vətəndaşlıq borcunu yerinə yetirərək, belə hallarda nazirliyə müraciət etsinlər”.

Nazir deyib ki, ermənilərin olimpiadada iştirak edib-etməməsinə dair Beynəlxalq Olimpiada Təşkilat Komitəsi tərəfindən müraciət daxil olmayıb.

Nazir Mikayıl Cabbarovun fikirlərini Meydan TV-yə şərh edən təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, valideynlərin müraciəti nisbi xarakter daşıyır. İndiyə qədər olan təcrübə onu göstərir ki, böyük qisim könüllü, digər qisim isə məcburi şəkildə müraciət edirlər: “Ona görə də övladının dəsrlərdən yayınması üçün məktəb direktoru ilə sövdələşmə, qiymət şişirtməsi olarsa, heç bir orqana demirlər. Digər valideynlərdə isə qorxu olduğundan qarşılaşdıqları özbaşılanıqları açıqlaya bilmirlər”.

.

Ana səhifəXəbərlərMikayıl Cabbarov: “Qeyri-rəsmi pul yığma halları qanunsuzdur”