Mikayıl Cabbarov: Gələn il orta aylıq əmək haqqı 727 manat proqnozlaşdırılır

“Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”

Source:


“Əhalinin gəlirləri 4 faiz aşağı düşüb”

“Bütün dünyada olduğu kimi pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“COVID-19 ilə yanaşı, hərbi vəziyyət də ölkə iqtisadiyyatına təsir edib və yanvar- noyabr aylarında əhalinin gəlirləri 4 faiz aşağı düşüb. Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 % azalıb, neft-qaz sektoru üzrə isə 7,8 % artıb. Karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib”, – nazir bildirib.

Nazir deyib ki, ilin sonuna kimi, qeyri-neft sektoru ixracının təxminən 5,6% həcmində azalacağı proqnozlaşdırılır.

“Bunun səbəbi bizim əsas ticarət partnyorumuz olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir. Bu, bizim qarşımızda yeni bazarlara çıxışın zəruriliyini qoyur”.

M.Cabbarov bildirib ki, cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilib: “Qeyri-neft sektoru üzrə daxilolmaların artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqlarının da vergi sisteminə daxil olmasıdır. Bu da ölkədə kölgə iqtisadiyyatının həcminin azalmasına səbəb olub. 2020-ci ildə ilin əvvəlindən qeyri-neft sektoru, özəl sektorda yeni müqavilə ilə işəgötürmələrin sayı 84 mindən çoxdur.

O, bunu 2019-cu ildən bu sahədə başlanmış islahatlar nəticəsi kimi müsbət qiymətləndirib və bildirib ki, əmək bazarında şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əmək haqqı 727 manat məbləğində proqnozlaşdırılır.

Ana səhifəXəbərlərMikayıl Cabbarov: Gələn il orta aylıq əmək haqqı 727 manat proqnozlaşdırılır