Bura valideyn himayəsindən məhrum olunmuş şəxslər üçün Masazır qəsəbəsində tikilən “Məzun Evi”dir.
2015-ci ildə istifadəyə verilən üç hündürmərtəbli bina Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır. Sakinlər deyir ki, ilk 2 ildə hər şey qaydasında olub. Amma sonradan problemləri günü-gündən artıb.
Yağış yağanda zirzəmiləri su basır, liftlər və istilik sistemi işləmir, küləkli havalarda işıqlar kəsilir, həmçinin əlillər üçün pandus problemi var.