Məzarlıqda qeyd olunan doğum günü (VİDEO)

Rasim ölməsəydi, bu gün 31 yaşı olacaqdı. Amma bu yaş günü onun dünyadan köçməsinin 7-ci gününə təsadüf etdi. Bu münasibətlə dostları Rasimin qəbrinin ətrafına toplaşdılar.

Jurnalist Aynur İmranova  cəmiyyətimizdə ağır itki olduğunu bildirir.

“Hesab edirəm ki, Rasimə dəyən təpik, hamımıza dəyən təpikdir. Rasim dünyasını dəyişdi. Amma biz o təpiklərin bir-bir hesabını sormalıyıq. Nə unutmamalıyıq, nə də unutdurmamalıyıq. Mənim üçün çox ağırdır danışmaq. Bir ailənin yeganə oğul övladı, bizim dostumuz, yoldaşımız və cəmiyyətin çox gözəl bir vətəndaşını harınlamış təpiklər üzündən  itirmişik”.

Avqustun 8-də döyülərək, xəstəxanaya yerləşdirilən Rasim Əliyev dünyasını dəyişdi. O, öz Facebook səhifəsində yazdığı tənqidi paylaşıma görə futbolçu Cavid Hüseynovun yaxınları tərəfindən döyüldüyünü deyirdi. Jurnalistin sözlərinə görə, özünü futbolçunun bibisi oğlu kimi təqdim edən şəxs onu söhbətə çağırsa da, özü ilə gətirdiyi 5-6 nəfərlə birlikdə elə evinin yaxınlığında döyüblər.

Hadisədən bir neçə saat sonra Rasim Əliyev dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlayıb, futbolçu ilə yanaşı, daha 6 nəfər həbs edilib.

Ana səhifəVideoMəzarlıqda qeyd olunan doğum günü (VİDEO)