Məzahir Pənahov sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb

”Hər hansı qanun pozuntusu ilə rastlaşsanız, MSK-ya müraciət edin”

Source:
Məzahir Pənahov APA
Məzahir Pənahov APA


”Hər hansı qanun pozuntusu ilə rastlaşsanız, MSK-ya müraciət edin”

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçicilərə, o cümlədən sosial şəbəkə istifadəçilərinə müraciət edib.

APA-nın məlumatına görə, M. Pənahov Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendum) açıq elan etməsi münasibəti ilə keçirdiyi mətbuat konfransında sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb.

O onları hər hansı qanun pozuntusu ilə rastlaşdıqları halda, MSK-ya müraciət etməyə çağırıb: “Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar”.

İyulun 18-də prezident tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərMəzahir Pənahov sosial şəbəkə istifadəçilərini fəal olmağa çağırıb